Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edəcək Qəbulda Şirvan, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər
Mədəniyyət siyasəti
17 iyun 2015 11:16
Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edəcək

Bakı. 17 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 24-də Neftçalada vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, adıçəkilən rayonda Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şirvan, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların yuxarıda adları qeyd olunan şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi