Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edəcək

    Qəbul Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, oktyabrın 24-də saat 11.00-da keçiriləcək qəbulda iştirak etmək vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi