Bakı. 26 dekabr. REPORT.AZ/ “Əgər vaxtı ilə Nazirlikdə çalışan insanlar, o cümlədən bizimlə 12 il çiyin-çiyinə işləyən Ədalət Vəliyev də bu gün işləmək arzusunu ifadə etsə, biz canla-başla onlara lazımi şəraiti yaradacağıq. Hər kəsə böyük hörmətlə yanaşıram. Amma həyat davam edir, heç kim burada əvəzolunmaz deyil”.
“Report” xəbər verir ki, bunu mədəniyyət naziri
“Sabah mən də olmayacağam, yeni nazir olacaq, Prezidentin siyasəti davam edəcək, Azərbaycan mədəniyyəti inkişaf edəcək, heç nə də dağılmayacaq. Bunu sizə əmin edirəm. Ona görə də hamıya əlimi uzatmağa hazıram. Hesab edirəm ki, bu gündən etibarən biz Nazirliyin yeni strukturunda yeni mərhələyə çatmalıyıq”.
Xatırladaq ki, Ədalət Vəliyev mədəniyyət və turizm nazirinin keçmiş müavinidir. Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi yaradılarkən Ə.Vəliyevə yeni Nazirlikdə vəzifə verilməyib. Mətbuatda bu mövzuya həsr edilmiş bir neçə məqalə dərc olunub.