Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri ilə görüşüb

Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri ilə görüşüb Görüşdə Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi edilib
Mədəniyyət siyasəti
5 May , 2017 20:58
Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri ilə görüşüb

Bakı. 5 may. REPORT.AZ/ Bakı Konqres Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze arasında görüş keçirilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, nazir Əbülfəs Qarayev Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığın mədəni sahələrdə də əlaqələrin inkişafına geniş imkanlar yaratdığını vurğulayıb. İkitərəfli münasibətlərdən, mədəniyyət sahəsində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulan birgə tədbirlərdən söhbət açılıb.

Mixeil Giorqadze səmimi qəbula görə Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib. Gürcü nazir IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada mədəni müxtəlifliyin təbliğinə, qarşılıqlı anlaşmanın vacibliyinə verdiyi töhfələri yüksək qiymətləndirib. İki ölkə arasında həyata keçirilən birgə mədəni əlaqələrdən danışaraq, əməkdaşlığın bundan sonrakı inkişafı üçün də müəyyən addımların atılacağına ümidvar olduğunu bildirib.

Görüş Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi