Əbülfəs Qarayev: "Bütün teatrlara dəstək verməyə çalışırıq"

Əbülfəs Qarayev: "Bütün teatrlara dəstək verməyə çalışırıq" Bakı. 5 noyabr. REPORT.AZ/ Bütün teatrların dəstəklənməsinə xüsusi diqqət ayırırıq.
Mədəniyyət siyasəti
5 Noyabr , 2018 11:40
Əbülfəs Qarayev: Bütün teatrlara dəstək verməyə çalışırıq
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bütün teatrların dəstəklənməsinə xüsusi diqqət ayırırıq".

"Report" xəbər verir ki, bunu V Beynəlxalq Bakı Teatr Konfransının açılışında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, Azərbaycan teatrı bu gün dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda iştirak edərək ölkəni dünyada layiqincə təmsil edir: "Teatr cəmiyyətdə gedən prosesləri əyani şəkildə cəmiyyətə nümayiş etdirməyə nail olan nadir incəsənət növlərindədir. Unutmamalıyıq ki, 147-ci ilini yaşayan teatrımız nəinki Bakıda, həmçinin bölgələrdə də inkişaf edib. Bu yaxınlarda Gənc Tamaşaçılar Teatrının 90 illiyini qeyd edəcəyik. 

Azərbaycan teatrı tarixən bizim torpaqlar olan, lakin bu gün bizə məxsus olmayan ərazilərdə də inkişaf etmişdir. Azərbaycan teatrının keçmişi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 135 illik tarixindən kənarda düşünülə bilməz. Eyni zamanda dövlətimizin, xalqımızın üzləşdiyi bəlalar teatrlara da təsir göstərib. Azərbaycanın işğal altında olan torpaqlarında yalnız mədəni sərvəstlərimiz dağıdılmayıb, eyni zamanda teatrlar da vandalizmə məruz qalıb, yerlə bir edilib. Bu gün Ermənistanın işğalı altında olan Şuşa, Ağdam, Füzuli rayonlarının teatrları qaçqın vəziyyətində olmalarına baxmayaraq Azərbaycan dövlətinin qayğısı nəticəsində öz yaradıcılıq prosesini dayandırmırlar. Azərbaycanda fəaliyyət göstərən 26 dövlət teatrı ilə yanaşı bizdə yeni təşəbbüslər, yeni layihələr var. Bizim yeni layihələrlə zəngin olan ÜNS teatrımız, bələdiyyə teatrlarımız fəaliyyət göstərir".

Son xəbərlər

Orphus sistemi