Yuxarı

Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarkeni qəbul edib

Görüşdə mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 4 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Senator Azərbaycanın mədəniyyət sahəsindəki fəaliyyətini alqışlayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ olunur, multikulturalizm və tolerantlıq nümunəsi kimi dünyaya səs salır.

Nazir görüşdə 25 - 27 apreldə Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2008-ci ildən təşkil olunan Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Nazir, həmçinin nümayəndə heyətinin rəhbərini 7-ci Qlobal Foruma və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşün sonunda gələcəkdə mədəniyyətlərarası dialoq sahəsində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı vurğulanıb 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi