Yuxarı

Əbülfəs Qarayev Ağstafa şəhərində vətəndaşları qəbul edəcək

Qəbul mayın 20-də saat 11.00-da baş tutacaq

Bakı. 13 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 20-si saat 11.00-da Ağstafa şəhərində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vətəndaşlar nazirliyin mct@mct.gov. az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin aşağıda rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi