Dərbənddə Azərbaycan teatrının yeni binası 2018-ci ildə açılacaq

Dərbənddə Azərbaycan teatrının yeni binası 2018-ci ildə açılacaq Teatrın inşası Rusiya və Azərbaycan arasında humanitar sahədə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir
Mədəniyyət siyasəti
26 Sentyabr , 2016 17:55
Dərbənddə Azərbaycan teatrının yeni binası 2018-ci ildə açılacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dağıstan Respublikasının paytaxtı Dərbənddə Azərbaycan teatrının yeni binasının açılışı 2018-ci ildə keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butayeva məlumat verib.

"Dərbənd şəhərində Azərbaycan teatrının tikintisi Rusiya və Azərbaycan arasında müddəti 2015-ci ilə qədər olan humanitar sahədə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Heç bir maneə olmazsa, 2018-ci ildə çoxdan gözlənilən obyekti açmağı planlaşdırırıq", - xanım nazir bildirib.

Z.Butayevanın sözlərinə görə, ilk əvvəl Dərbənddə mövcud olan Azərbaycan teatrı binansında yenidənqurma işlərinin aparılması nəzərdə tutulsa da, sonradan hökumət yeni bina inşa etmək qərarına gəlib.

Qeyd edək ki, Azərbaycan Dövlət Dram Teatrı Dağıstanda 20-ci əsrin əvvələrində həvəskar səviyyədə yaradılıb. Teatra dövlət statusu 1998-ci ildə verilib. 

Son xəbərlər

Orphus sistemi