Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çində Nizami Gəncəvinin büstünü ziyarət edib

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çində Nizami Gəncəvinin büstünü ziyarət edib Çində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü ziyarət olundu
Mədəniyyət siyasəti
5 Sentyabr , 2023 11:23
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çində Nizami Gəncəvinin büstünü ziyarət edib

Çində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü ziyarət olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 9 sentyabr tarixinədək Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

Səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyanq parkında ucaldılmış abidəsinin önünə əklil qoyub.

Son xəbərlər

Orphus sistemi