Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb

Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb Cəlilabadda təsərrüfat quyusu qazılarkən yerin 2 metr dərinliyindən maraqlı maddi mədəniyyət nümunələrinin qalıqları aşkar olunub.
Mədəniyyət siyasəti
767
11 Avqust , 2020 14:43
Cəlilabadda maddi mədəniyyət nümunələri aşkarlanıb

Cəlilabadda təsərrüfat quyusu qazılarkən yerin 2 metr dərinliyindən maraqlı maddi mədəniyyət nümunələrinin qalıqları aşkar olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, tapıntlar arasındakı təsərrüfat kürəsinin olması ərazidə bir vaxtlar sənətkarlığın yüksək inkişaf etməsindən xəbər verir.

Tarixi nümunələr Cəlilabad rayon Alar kəndində Mirzəyev Afəddinə məxsus həyətyani torpaq sahəsində aşkar olunub. Tapıntılar əsasən təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir. Tarixi məlumatlara görə 11-12-ci əsrə aid olduğu ehtimal olunan belə kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə edilib. Bunu kürənin  ətrafında olan  kül qalıqları da sübut edir. Ərazidə bu tip tapıntılarn aşkar edilməsi orta əsrlərdə dulusçuluq sənətinin yüksək səviyyədə inkişafından xəbər verir.

Mütəxəssislərin fikrincə, sözügedən tapıntılar yalnız bir mədəni təbəqənin qalıqlarından ibarət ola bilər. Çünki bu ərazilər uzun müddət bataqlıqlardan ibarət oluduğundan fasiləsiz həyatın uzun müddət davamı etməsi mümkünsüz görünür. Mövcud tapıntının araşdırılması isə orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər. Ola bilər ki, burda saxsı qablar hazırlanıb, yaxud burda dəfn mərasimiləri təşkil olunub.

Qeyd edək ki, sözügedən tapıntı Calilabadda orta əsrlərə aid sayca 2-cu  istehsal kürəsi hesab olunur.

Orphus sistemi