Cəlilabadda kənd qəbiristanlığının tarixi hissəsi mədəniyyət abidələrinin reyestrinə daxil ediləcək

Cəlilabadda kənd qəbiristanlığının tarixi hissəsi mədəniyyət abidələrinin reyestrinə daxil ediləcək Cəlilabad rayonunun Hacıismayıllı kənd qəbiristanlığının orta əsrlərə aid məzarlıq hissəsi indiyə qədər hər hansı bir şəkildə nə tədqiq olunub, nə də dövlət nəzarətinə götürülüb. Bu vəziyyət isə yerli sakinlərin narazılığına səbəb olub.
Mədəniyyət siyasəti
8 Sentyabr , 2023 14:17
Cəlilabadda kənd qəbiristanlığının tarixi hissəsi mədəniyyət abidələrinin reyestrinə daxil ediləcək

Cəlilabad rayonunun Hacıismayıllı kənd qəbiristanlığının orta əsrlərə aid məzarlıq hissəsi indiyə qədər hər hansı bir şəkildə nə tədqiq olunub, nə də dövlət nəzarətinə götürülüb. Bu vəziyyət isə yerli sakinlərin narazılığına səbəb olub.

Məsələ barədə yerli sakinlərin "Report"un Muğan bürosuna verdiyi məlumata görə, qəbiristanlığın həmin məzarlıq hissəsinin əsrlərlə yaşı var.

Belə ki, orada müxtəlif ölçülərdə qədim baş və sinədaşları mövcuddur, onlar fərqli simvollar və həndəsi fiqurlarla damğalanıb.

Yerli tarixçilərin sözlərinə görə, daşların üzərindəki yazıların əksəriyyətini “çərxi-fələk” (svastika) adlandırdığımız kosmoqomik işarələr təşkil edir. Bəzi daşlarda isə ərəb əlifbası ilə yazılar var.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, sözügedən tarixi ərazi Salyan regional idarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi