Yuxarı
    Bağlamaq

    “Çanaqqala 100: Qardaş Köməyi” filmi və “Çanaqqala Türküsü” klipi təqdim olunub

    Təqdimat mərasiminə millət vəkilləri, ziyalılar qatılıblar

    Bakı. 23 aprel. REPORT.AZ/ ASAN xidmətin dəstəyi ilə hazırlanan “Çanaqqala 100: Qardaş Köməyi” sənədli filminin və “Çanaqqala Türküsü” klipinin təqdimatı keçirilib. “Report”un məlumatına görə, təqdimat mərasiminə millət vəkilləri, alimlər, ictimai fəallar qatılıblar.

    ASAN Könülləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihəni təqdir ediblər.

    Müğənni Sevda Ələkbərzadənin ifası ilə “Çanaqqala Türküsü”nün klipi nümayişi olunub. Sonra film təqdim edilib.

    Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovdur. Film 100 il öncə Çanaqqala savaşlarında şəhid olmuş türk əsgərləri və azərbaycanlı könüllülərin xatirəsinə ithaf edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi