Budapeştdə Üzeyir Hacıbəyli ilə bağlı macar dilində kitab təqdim olunub

Budapeştdə Üzeyir Hacıbəyli ilə bağlı macar dilində kitab təqdim olunub Səfir Vilayət Quliyev kitaba "Dahi bəstəkar. Böyük vətəndaş" adlı geniş müqəddimə yazıb
Mədəniyyət siyasəti
18 Sentyabr , 2015 20:28
Budapeştdə Üzeyir Hacıbəyli ilə bağlı macar dilində kitab təqdim olunub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın "Üzeyir Hacıbəyli və davamçıları" kitabı Budapeştdə macar dilində nəşr edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, əsərin tərcüməçisi indiyə qədər Azərbaycan ədəbiyyatından bir sıra nümunələri çevirən Tamaş Varhegidir.

Səfir Vilayət Quliyev kitaba "Dahi bəstəkar. Böyük vətəndaş" adlı geniş müqəddimə yazıb. Əsərin "Əlavələr" bölməsində Azərbaycan musiqi alətləri və Azərbaycan xalq musiqisinin əsas janrları haqqında məlumatlar yerləşdirilib.

Kitab təmənnasız şəkildə Ferens List Musiqi Akademiyasına, habelə musiqi məktəblərinin kitabxanalarına hədiyyə edilib. 

Son xəbərlər

Orphus sistemi