“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Braziliyada təqdimatı keçirilib - FOTO

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Braziliyada təqdimatı keçirilib - FOTO “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı baş tutub
Mədəniyyət siyasəti
8 Oktyabr , 2015 01:00
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Braziliyada təqdimatı keçirilib - FOTO

Bakı. 8 oktyabr. REPORT.AZ/Azərbaycanın Braziliyadakı səfirliyində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.

Tədbirin əvvəlində çıxış edən Azərbaycanın Braziliyada səfiri Elnur Sultanov qeyd etdi ki, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunubdur və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə etdi.

Səfir E.Sultanov vurğuladı ki, çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırılıb və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

Filmin aktual xarakter daşıdığını bildirən səfir dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, etnik təmizləmə, qaçqın böhranı və digər neqativ halların davam etdiyini qeyd edərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən iyirmi ildən artıq işğal olduğunu qonaqların diqqətinə çatdırdı. O, filmin sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riayət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğuladı.

Sənədli film qonaqlar tərəfindən böyük maraqla qarşılandı və filmin Braziliyada gələcəkdə nümayiş etdirilməsi məqsədilə təkliflər irəli sürüldü.

Tədbirdə Braziliya rəsmiləri, Braziliyada akkreditə olunan diplomatik missiyalarının rəhbərləri, akademik dairələrin nümayəndələri, yerli ictimaiyyət, eləcə də Braziliyada işçi səfərdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elmi-tədqiqat İnstitutunun direktoru Mehman Axundov və Azərbaycan səfirliyinin əməkdaşları iştirak etdi.

Son xəbərlər

Orphus sistemi