Sofiya Kino Evində “Azərbaycana səyahət” fotosərgisinin açılışı olub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X”də yazıb.
“Sofiya MENAR Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan Kino Gecəsini açmaq və ölkəmizin böyük mədəni irsi, qədim adət-ənənələri və multikultural zənginliyi haqqında tamaşaçılara məlumat verməkdən şərəf duydum. Sofiya Kino Evində “Azərbaycana səyahət” fotosərgisinin açılışına qatılmaq da çox xoş oldu”, - səfir qeyd edib.
Diplomat vurğulayıb ki, bolqarıstanlı fotoqraf Arslan Axmedovun müəllifi olduğu sərgidə Azərbaycanın təbii gözəlliklərinin üstünlük təşkil etdiyi və azərbaycanlıların öz qədim adət-ənənələrindən, həyat tərzindən, dillərindən və milli mədəniyyətindən həzz aldığı müxtəlif əlçatmaz ərazilərdə qara-ağ formatda çəkilmiş 23 mənzərə və portretə yer verilib.
I was honoured to open Azerbaijani #MovieNight within #Sofia MENAR International #FilmFestival and brief the audience about the great cultural heritage, old traditions and multicultural richness of #Azerbaijan. It was also a pleasure to join the opening of “Journey to Azerbaijan”… pic.twitter.com/iIhVt0XDYH