Mədəniyyət və Turizm Nazirliyi yeni layihənin icrasına başlayır

Mədəniyyət və Turizm Nazirliyi yeni layihənin icrasına başlayır Bölgələrdə yeni layihəyə start verilib
Mədəniyyət siyasəti
22 May , 2015 16:58
Mədəniyyət və Turizm Nazirliyi yeni layihənin icrasına başlayır

Bakı. 22 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yaxın günlərdə Azərbaycanın bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlayacaq. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Ölkənin müxtəlif şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində, muzey və digər sərgi salonlarında Mədəniyyət və Turizm Nazirliyinin fonduna məxsus görkəmli Azərbaycan rəssamlarının böyük bədii, tarixi, muzey və yüksək maddi dəyərə malik olan əsərlərinin təqdimatı keçiriləcək.

Qeyd edək ki, ilk belə səyyar sərgi mayın 26-dan iyunun 10-dək Xızı rayonunda keçiriləcək.
Sərgidə Azərbaycanın tanınmış rəssamı, əməkdar incəsənət xadimi Kamal Əhmədin 7 əsəri təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi