Beynəlxalq Muğam Mərkəzi Gürcüstanın mədəniyyət təşkilatları ilə əməkdaşlıq edəcək - FOTO

Beynəlxalq Muğam Mərkəzi Gürcüstanın mədəniyyət təşkilatları ilə əməkdaşlıq edəcək - FOTO Bakıda fəaliyyət göstərən Beynəlxalq Muğam Mərkəzi (BMM) Gürcüstanın mədəniyyət üzrə təşkilatları ilə əməkdaşlıq edəcək.
Mədəniyyət siyasəti
27 Aprel , 2019 19:14
Beynəlxalq Muğam Mərkəzi Gürcüstanın mədəniyyət təşkilatları ilə əməkdaşlıq edəcək - FOTO

Bakıda fəaliyyət göstərən Beynəlxalq Muğam Mərkəzi (BMM) Gürcüstanın mədəniyyət üzrə təşkilatları ilə əməkdaşlıq edəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində BMM və "Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq İttifaqı və Dövlət Folklor Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

BMM-nin direktoru, xalq artisti Murad Hüseynov bildirib ki, rəhbərlik etdiyi mərkəz beynəlxalq əməkdaşlığa və Azərbaycan milli mədəniyyətinin xaricdə təbliğinə böyük önəm və diqqət verir. O, qeyd edib ki, memoranduma əsasən Azərbaycanın muğam ifaçıları Gürcüstanda təşkil olunacaq festivallarda, gürcü musiqiçilər isə Azərbaycanda keçiriləcək mədəni tədbirlərdə iştirak edəcəklər.

Memorandumla həmçinin hər iki ölkənin milli musiqi mədəniyyətinin təbliği məqsədilə qarşılıqlı səfərlər, sərgilər, konsertlər və digər mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

"Gürcüstan Teatr Cəmiyyəti"nin sədri Giorgi Gegeçkori öz növbəsində memorandumun Gürcüstan və Azərbaycanın zəngin mədəniyyətlərinin qarşılıqlı olaraq geniş ictimaiyyətə tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, əməkdaşlıq sayəsində keçiriləcək birgə konsert və festivallar iki ölkə arasındakı mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

BMM bununla yanaşı Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə də əməkdaşlığa dair memorandum imzalayıb. Muzeyin direktoru, Azərbaycan və Gürcüstanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva sənədi faydalı adlandıraraq, onun iki ölkə arasında mövcud mədəni əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsinə töhfə verəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi