Yuxarı
    Bağlamaq

    Bəşir Səfəroğlunun yubileyi Rusiya, Türkiyə və ABŞ-da qeyd olunacaq

    Bu il həm də A.Bəşirqızının 60 yaşı tamam olur

    Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli aktyor Bəşir Səfəroğlunun 90 illik yubileyi münasibətilə mart ayından etibarən tədbirlərə start veriləcək.

    Bu barədə "Report" a onun qızı, xalq artisti Afaq Bəşirqızı bildirib.

    "Martın 11-də Bəşir Səfəroğlunun doğum günüdür. Həmin gün atamın xatirəsini qəbirüstü anımla yad edəcəyik. Martın 17-də Moskvada, martın 24-də isə Türkiyədə yubiley tədbirləri keçiriləcək. Bakıda təntənəli yubiley tədbiri oktyabrda olacaq", - o deyib.

    A.Bəşirqızı Bəşir Səfəroğlunun 90 illik yubileyinin ABŞ-da keçiriləcəyini də bildirib: "Həmin tədbir 16-20 may tarixlərində keçiriləcək".

    Qeyd edək ki, bu il həm də A.Bəşirqızının 60 yaşı tamam olur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi