"Azərbaycan xalqına nə isə arzulamaq çətindir, çünki onlar xoşbəxt xalqdır. Onların hər şeyi var və hər şey yaxşıdır, hər şeyi etməyi bacarırlar və həyatdan zövq alırlar".
Bunu "Report"un Rusiya bürosuna Rusiyanın əməkdar artisti Bari Alibasov 28 May - Respublika Günü və diplomatik orqanların yaradılmasının 100 illiyi münasibətilə Moskvada keçirilmiş rəsmi qəbulda deyib.
"Azərbaycan xalqına, Azərbaycan mentalitetinə, Azərbaycan mədəniyyətinə çox yaxınam. Dəfələrlə Azərbaycanda olmuşuq. Şəxsən
Bir sirr də açım ki, hələ Sovet dövründə Azərbaycandan Saratova ərzaq aparardıq. Çünki Azərbaycan SSRİ-də yeganə respublika idi ki, orada ərzaq çox idi. Odur ki, Azərbaycan sayəsində həyat gözəl idi", - B.Alibasov bildirib.
UEFA Avropa Liqasının finalı barədə danışan Alibasov söyləyib ki, Azərbaycan dünya mədəniyyəti və idmanının mərkəzlərindən birinə çevrilir: "Azərbaycanda "Eurovision"dan tutmuş bir çox idman yarışlarına qədər xeyli mötəbər tədbir keçirilib. Azərbaycanın dostlarını nə coğrafi, nə də milli səviyyədə bölməməsi çox yaxşıdır. Bakı çox açıq şəhərdir. Son illərdə o, tamamilə fərqli - müasir və çox dinamik olub. Azərbaycanın - gözəl istedadlı insanların ölkəsinin olması əladır".
İqbal Rüstəmov