Balakən. 4 noyabr. REPORT.AZ/ Balakən rayonunda ilk dəfə olaraq "Beynəlxalq xurma festivalı" keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, festivalda xurmadan hazırlanan kulinariya məhsulları nümayiş etdirilib.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara baxıb, kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olublar.
Daha sonra Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsi ilə tanışlıq olub, festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkilib.
Qeyd edək ki, 2 gün davam edəcək festivalda respublikanın tanınmış müğənniləri konsert proqramı ilə çıxış edib.