Yuxarı

Bakıda musiqi məktəblərinin direktorları cəzalandırılıb

Yoxlamalar davam edir

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam edir.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Məlumata görə, 24 nömrəli onbirillik Musiqi Məktəbinin direktoru İsayeva Samirə Məmməd qızına və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məcidova Elmara Qəzənfər qızına yazılı xəbərdarlıq edilib.

Həmçinin, 24 nömrəli onbirillik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Həsənova Rəna Zakir qızına və Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğluna töhmət elan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi