Yuxarı

Bakıda "Latviya bu gün" sərgisi açılıb

Açılışda Latviya Seyminin sədri İnara Murnietse iştirak edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakıda Latviyanın ictimai həyatına, mədəniyyətinə və memarlıqlığına həsr olunmuş "Latviya bu gün" sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilir.

Açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev Azərbaycan ilə Latviya arasında artan xətt üzrə inkişaf edən yaxşı əlaqələr olduğunu bildirib. O, Latviya Seyminin sədri İnara Murnietsenin səfərini mühüm adlandırıb.

Latviya Seyminin sədri İnara Murnietse deyib ki, Latviya və Azərbaycan bir-birini yaxşı anlayan güclü tərəfdaşdırlar. İ.Murnietse həmçinin mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O, sonda kitabxanaya Latviya haqqında bir neçə kitab hədiyyə edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov hədiyyələrə görə xanın İ.Murnietseyə təşəkkür edib və bu kitabların azərbaycanlı memarlar və kulturoloqlar üçün maraqlı olacağına əminliyini söyləyib. O, həmçinin Azərbaycan və Latviya Milli Kitabxanaları arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu da diqqətə çatdırıb.

Sərgi bir ay davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi