Yuxarı

Bakıda II Beynəlxalq Plov Festivalı keçirilib

Tahir Əmiraslanov: Burada hər ölkənin milli mətbəxindən plov nümunələri var

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə II Beynəlxalq Plov Festivalı keçirilib.

"Report" xəbər verir ki, festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovları ilə xarici qonaqları tanış etməkdir.

Festivalda Azərbaycanda fəaliyyət göstərən səfirlik, diplomatik nümayəndəliklərin əməkdaşları öz ölkələrinin düyü, plov mədəniyyətlərini nümayiş etdiriblər.

Festivalada Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Fələstin, İran və s. ölkələrin səfirlikləri iştirak edib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov II Beynəlxalq Plov Festivalında 11 ölkənin milli mətbəxinin təmsil olunduğunu deyib: "Burada hər ölkənin milli mətbəxindən plov nümunələri var. Kimsə buna keşdəy deyir, kimsə plov, rizotta, kaşa deyənlər də var. Amma ümumilikdə hər biri düyüdən hazırlanan plovdur. Maraqlıdır, eyni ərzaqlarla hazırlansalar da, hər ölkənin plovunun dadı başqa cürdür. Bu, belə də olmalıdır. Azərbaycanda 200-dən çox plov növü məşhurdur. Bugünkü festivalda Azərbaycan mətbəxi zəngin plov nümunələri ilə iştirak edir".

Festivalın sonunda Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası səfirliklərin nümayəndələrini, aşpazları xüsusi mükafatlarla təltif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi