Bakı. 27 noyabr. REPORT.AZ/ Almaniyanın Göte İnstitutu Almaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan olan tanınmış musiqiçilərin iştirakı ilə "Bakı İpək Yolu" festivalı təşkil edəcək.
Bu barədə "Report"a Almaniyanın Bakıdakı səfirliyindən məlumat veriblər.
Tədbir çərçivəsində dekabrın 5-dən 14-dək Bakıda caz konsertləri, musiqi seminarları, eləcə də müxtəlif sərgilər təşkil ediləcəyi planlaşdırılır.
Tədbirdə həmçinin tarixi "İpək yolu" üzərində yerləşən ölkələrdən incəsənət xadimləri də iştirak edəcək.
Festivalın məqsədi Şərq və Qərb incəsənət xadimləri arasında beynəlxalq yaradıcılıq və təcrübə mübadiləsi həyata keçirmək imkanı yaratmaq, eləcə də iştirakçıları Almaniya mədəniyyəti ilə tanış etməkdir.
Tədbirlərə giriş sərbəstdir.