Bakıda Fransa qastronomiya həftəsi və frankofoniya günləri keçiriləcək

Bakıda Fransa qastronomiya həftəsi və frankofoniya günləri keçiriləcək Arzu edənlər çaxırlar, pendirlər və Fransa mətbəxi yeməklərinin dadına baxa biləcəklər
Mədəniyyət siyasəti
5 Mart , 2015 10:35
Bakıda Fransa qastronomiya həftəsi və frankofoniya günləri keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Martın 8-dən 12-nə qədər Bakıda Fransa qastronomiya həftəsi və frankofoniya günləri keçiriləcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib. 

Fransa mətbəxi həftəsi çərçivəsində bütün arzu edənlər çaxırlar, pendirlər və Fransa mətbəxi yeməklərinin dadına baxa, eləcə də endirimli qiymətlərlə onları Bakıdakı bir sıra fransız restoran və kafelərindən ala biləcəklər.

Bundan başqa, Fransa İnstitutunda ölkənin mədəniyyəti və qastronomiyasına həsr olunan bir sıra filmlər nümayiş olunacaq. Belə ki, martın 11-də uşaqlar üçün "Ratatuy" animasiya filmi göstəriləcək. 

Martın 12-də  Fransa İnstitutunda ölkənin çaxırlarına həsr olunan konfrans keçiriləcək. Arzu edənlər həmin konfransda iştirak edə və çaxırların dadına baxa biləcəklər.

Qeyd edək ki, frankofoniya günləri hər il Bakıda yazda keçirilir. Frankofoniya fransız dilində danışan insanları birləşdirir. 1970-ci ildən etibarən dünyanın fransız dilli ölkələrinin əməkdaşlığı məsələləri ilə məşğul olan eyniadlı təşkilat fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi