Yuxarı
    Bağlamaq

    Bakıda fortepiano musiqisi gecəsi keçiriləcək

    Gecədə alman və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək

    Bakı. 6 mart. REPORT.AZ/ Martın 10-da Bakıda fortepiano musiqisi gecəsi keçiriləcək. "Report" xəbər verir ki, tədbir "Kapelhaus" Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. 

    Gecədə Bakı Musiqi Akademiyasının dosenti Firəngiz Hacıyevanın tələbələrinin ifasında məşhur alman bəstəkarları Bax, Şuman, Bethoven, Şubert, həmçinin Azərbaycan bəstəkarlarının əsərləri də səslənəcək. 

    Konsertə giriş pulsuzdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi