Bakıda Britaniya Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

Bakıda Britaniya Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş fotosərgi açılıb Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda Britaniya Kral Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
Mədəniyyət siyasəti
29 İyun , 2018 19:34
Bakıda Britaniya Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş fotosərgi açılıb
Report

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda Britaniya Kral Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

"Report" xəbər verir ki, tədbirdə Britaniya səfiri Kerol Krofts Azərbaycanın Kosovo, İraq, Əfqanıstandakı sülhməramlı missiyalarda iştirakını yüksək qiymətləndirib.

Diplomat qeyd edib ki, Britaniya Hərbi Hava Qüvvələri bu gün 100 il öncəki kimi, indi də güclüdür və öz fəaliyyətində dünya üzrə humanitar missiyalarda iştirakına görə də tanınır. 

K.Krofts yüz il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik respublika olduğunu da xatırladıb. 

Öz növbəsində, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov deyib ki, müasir Azərbaycan Ordusunun əsasını ümummilli lider Heydər Əliyev qoyub və onun bütün sahələrdə olduğu kimi, bu sahədə də uğurlu siyasətini Prezident İlham Əliyev davam etdirir. 

Nazir müavini həmçinin vurğulayıb ki, Azərbaycan Ordusu bütün döyüş tapşırıqlarını layiqincə icra etməyə qadirdir.

Son xəbərlər

Orphus sistemi