Yuxarı
    Bağlamaq

    Bakıda beynəlxalq dolma festivalı keçiriləcək

    Festivalın iyulda keçirilməsi nəzərə alınıb

    Bakı. 27 may. REPORT.AZ/ Bakıda beynəlxalq dolma festivalı keçiriləcək.

    Bu barədə "Report"a Azərbaycan Milli Kulinariya Mərkəzindən məlumat verilib.

    Mərkəzdən bildirilib ki, dolma festivalının iyul ayında keçirilməsi nəzərdə tutulub. Hazırda festivala hazırlıq görülür. Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən gəlmiş qonaqlar iştirak edəcək.

    Beynəlxalq dolma festivalı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi