Bakıda “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı olub

Bakıda “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı olub Bakıda yanvarın 23-də “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” adlı tədbirin açılışı olub.
Mədəniyyət siyasəti
23 Yanvar , 2024 17:37
Bakıda “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı olub

Bakıda yanvarın 23-də “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” adlı tədbirin açılışı olub.

"Report" xəbər verir ki, festival Çinin Azərbaycandakı səfirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Açılışda Azərbaycan Milli Xalça Muzeyinin uşaq şöbəsi kölgə teatrı tamaşası göstərilib və əjdaha naxışlı xalçanın toxunması, eləcə də bu mövzuya aid digər ustad dərsləri keçirilib.

Yanvarın 28-dək davam edəcək festival çərçivəsində həmçinin ənənəvi Çin çay mərasimi, kalliqrafiya (açıqcaların heroqliflərlə yazılması), uşu, kunq-fu və s. üzrə ustad dərsləri keçiriləcək.

Bu tədbir Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafına töhfə olacaq.

Qeyd edək ki, 2024-cü ildə Çində Yeni il fevralın 10-da girəcək.

Son xəbərlər

Orphus sistemi