Bakıda alman rəssam Otto Holtun sərgisi açılıb

Bakıda alman rəssam Otto Holtun sərgisi açılıb Bakıda Almaniya səfirliyinin təşkilatçılığı ilə keçirilən “Otto Holt – 1920-ci illərin əvvəllərində müharibədən sonrakı təsviri incəsənət” sərgisinin açılış mərasimi baş tutub.
Mədəniyyət siyasəti
25 May , 2022 13:18
Bakıda alman rəssam Otto Holtun sərgisi açılıb

Bakıda Almaniya səfirliyinin təşkilatçılığı ilə keçirilən “Otto Holt – 1920-ci illərin əvvəllərində müharibədən sonrakı təsviri incəsənət” sərgisinin açılış mərasimi olub.

“Report” xəbər verir ki, açılış mərasimində Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq iştirak edib.

Onun sözlərinə görə, alman rəssam, heykəltəraş və keramika ustası Otto Holtun yaradıcılığının çiçəklənmə dövrü çox çətin vaxta təsadüf etsə də, rəssam dövrünün reallıqlarını öz rəsmlərində əks etdirə bilib.

“Bugünkü sərgi Birinci Dünya müharibəsinin çətinliklərini və onun fəsadlarını nümayiş etdirir. Holtun rəsmləri çox məşhurdur və bütün Almaniyada nümayiş olunur”, - səfir deyib.

İyunun 9-dək davam edəcək sərgidə Otto Holtun 50-dək əsəri nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi