Yuxarı

Bakıda Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən müsabiqənin qalibləri təltif edilib

İlk iki yerin sahibi 66-cı Berlin Beynəlxalq Film Festivalına gedəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən müsabiqənin qaliblərinin təltif edilməsi mərasimi keçirilib. "Report" xəbər verir ki, Avropa İttifaqı missiyasının Azərbaycandakı rəhbəri Malena Mard noyabrın əvvəllərində Bakıda Avropa Film Festivalı çərçivəsində keçirilmiş müsabiqənin üç qalibinə mükafatlar təqdim edib.

İlk iki yerin sahibi 66-cı Berlin Beynəlxalq Film Festivalına getmək imkanı qazanıb.

Onların Berlinə səfəri, eləcə də dünən açılışı olan Beynəlxalq Film Festivalı üçün biletləri ödənilib.

Mərasim zamanı səfir Bakıda 6-cı Avropa Film Festivalının böyük uğurla keçdiyini, Avropa filmlərini izləmək üçün rekord sayda - 3,5 mindən çox tamaşaçının gəldiyini qeyd edib. M. Mard xatırladıb ki, kinofestival çərçivəsində Aİ ölkələrinin istehsalı olan 18 və 1 Azərbaycan filmi nümayiş etdirilib. Səfir, həmçinin festivalda daha çox Azərbaycan filmi görmək istədiklərini, eləcə də azərbaycanlı tamaşaçıların fikirlərini bilməyin maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, elə məhz buna görə də "facebook"da müsabiqə təşkil edilib.

Malena Mard Aİ nümayəndəliyinin mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönəlmiş proqramları həyata keçirməyə davam edəcəyini söyləyib. Xanım diplomat hər il Bakıda Azərbaycanda Avropa mədəniyyəti günləri - "Eurovillage" layihəsinin keçirildiyini xatırladıb. O, eyni zamanda "Eurovillage" layihəsi çərçivəsində Azərbaycanın rayonlarına avtobus turları təşkil etmək planlarının olduğunu da qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi