Bakı Dövlət Sirkində Zəfər sərgisi keçirilir

Bakı Dövlət Sirkində Zəfər sərgisi keçirilir Bakı Dövlət Sirkində Zəfər sərgisi təşkil olunub.
Mədəniyyət siyasəti
127
13 Noyabr , 2021 13:43
Bakı Dövlət Sirkində Zəfər sərgisi keçirilir

Bakı Dövlət Sirkində Zəfər sərgisi təşkil olunub.

"Report" xəbər verir ki, sərgi sirkin təşəbbüsü ilə gerçəkləşib.

Bakı Dövlət Sirkinin orkestr heyəti “Heyratı -Zərb” muğamını ifa edərək sərginin açlışını ediblər. Sərgiyə Dövlət Rəsm Qaleriyası və Caspian Awards (Kaspian Avards) da dəstək verib.

“Zəfər rəssamların gözü ilə” sərgisinin əsas ziyarətçiləri şəhid və qazi ailələri olub. 44 günlük Vətən savaşında iştirak edən qəhrəmanlarımız döyüş təəssüratlarını qonaqlarla bölüşüblər.

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov tədbirdə iştirak edən şəhid və qazi ailələrinə təşəkkürünü bildirib və onları “Hünər Meydanı” adlı sirk proqramına baxmağa dəvət edib.

Bundan başqa, “Şəhid övladlarının Zəfər Sədası” xor dəstəsi də sərgi iştirakçıları üçün öz kliplərini təqdim ediblər. Onların layihə rəhbəri Həcər Əkbərova da sərgidə fikirlərini bölüşüb.

Tədbir iştirakçıları arasında Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud da çıxış edib. Sərgiyə “ASAN” Könülülər Təşkilatının “Əsgərə məktub” layihəsi də dəstək verib, ziyarətçilər və Bakı Dövlət Sirkinin kollektivi əsgərlərimizə məktub yazıblar.

Qeyd edək ki, sərgidə mövzusu Zəfər Günümüzdən bəhs edən 15-ə yaxın peşəkar rəssamların əsərləri sərgilənib.

Xatırladaq ki, Bakı Dövlət Sirki Zəfər Günü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib. Bu tədbirlər sırasında “Dəmir yumruq” kompozisiyasının təqdimatı, Zəfər Yürüşü də yer alıb.

“Zəfər rəssamların gözü ilə” sərgisi iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi