AzTV-nin Bədii Şurası ictimai fikri öyrənir - FOTO

AzTV-nin Bədii Şurası ictimai fikri öyrənir - FOTO “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək istiqamətində ictimaiyyət nümayəndələrinin növbəti görüşü Bakı şəhəri Xəzər rayonunda keçirib.
Mədəniyyət siyasəti
233
8 Fevral , 2020 14:15
AzTV-nin Bədii Şurası ictimai fikri öyrənir - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək istiqamətində ictimaiyyət nümayəndələrinin növbəti görüşü Bakı şəhəri Xəzər rayonunda keçirib.

"Report" xəbər verir ki, Mərdəkan Mədəniyyət Sarayında baş tutan görüşdə Bədii Şuranın üzvləri Xalq artistləri Mübariz Tağıyev,  Ramiz Quliyev, Faiq Sücəddinov, Mənsum İbrahimov, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu, Əməkdar jurnalist Flora Xəlilzadə, Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyyə Xələfova iştirak ediblər. 

Bədii Şura üzvləri rayon ictimaiyyətinə Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.

Son xəbərlər

Orphus sistemi