Yuxarı

Ramiz Quliyev

 - 

tarzən



2001

2001-ci ildə "Simurq milli mükafat fondu"nun təsis etdiyi "XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı - "ilin fədakar sənətçisi" fəxri adına layiq görülüb.

1993

1993-cü ildə "Humay" Milli mükafatına layiq görülüb.

1992

1992-2002-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında rəhbərlik edib.

1988

1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb. 1988-ci ildə Xalq artisti olub.

1982

1982-ci ildə əməkdar artist adına layiq görülüb.

1978

1978-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı adına layiq görülüb.

1974

1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb.

1964

1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. 1964-94-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub.

1963

1963-64-cü illərdə Ağdam 1 saylı musiqi məktəbində fəaliyyət göstərib.

1960

1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.

1954

1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə qəbul olunub.

1947

Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub.