Azərbaycanlı musiqiçilərin ABŞ-dakı konserti maraqla qarşılanıb

Azərbaycanlı musiqiçilərin ABŞ-dakı konserti maraqla qarşılanıb ABŞ-ın Men ştatında “Men-Azərbaycan Cəmiyyəti”nin təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın konsert proqramı baş tutub
Mədəniyyət siyasəti
12 Aprel , 2021 08:46
Azərbaycanlı musiqiçilərin ABŞ-dakı konserti maraqla qarşılanıb

ABŞ-ın Men ştatında “Men-Azərbaycan Cəmiyyəti”nin təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın konsert proqramı baş tutub.

“Report”un yerli bürosu xəbər verir ki, “Müxtəlifliyi musiqi 2021-ci il vasitəsilə qeyd edirik” adlı konsert proqramında amerikalılar, yəhudi icmasının nümayəndələri və ABŞ-da yaşayan həmvətənlərimizlə yanaşı, dünyanın bir çox ölkəsindən, o cümlədən Qazaxıstan, İran, Türkiyə, İraq, Albaniya və Rusiyadan musiqisevərlər iştirak ediblər.

Konsert proqramında E.Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjimanları və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi məşhur bəstəkarların əsərləri ifa olunub. L.Babayeva-Əfrasiyab "Nə bəxtiyardır", Tofiq Quliyevin "Yol ayrıcında" və "Tez gəl" mahnılarını ifa edib.

E.Əfrasiyabın ifa etdiyi yəhudi xalq mahnısı, Azərbaycan muğamı və Jazz qonaqlar tərəfindən bəyənilərək maraqla dinlənilib.

Təkilatçı, “Men-Azərbaycan Cəmiyyəti”nin qurucusu və prezidenti Tərlan Əhmədov bildirib ki, konsertin təşkil olunmasında məqsəd Azərbaycanın zəngin musiqisini dünyaya tanıtmaqdır.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi