Yuxarı
    Bağlamaq

    Azərbaycanla Fransa mədəni əməkdaşlıq sahəsində beşillik fəaliyyət proqramı hazırlayır

    Əbülfəs Qarayev Fransanın mədəniyyət naziri Flör Pellerlə görüşüb

    Bakı. 22 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın mədəniyyət naziri Flör Pellerlə görüşüb. 

    Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı mədəni əlaqələrin hazırkı durumu və gələcək inkişafı müzakirə edilib.

    Ə.Qarayev bildirib ki, Azərbaycanla Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hüquqi baza mövcuddur: "Bu amil ölkələrimiz arasında kitabxana, muzey, irs, kino və digər sahələrdə mübadilələrin aparılması üçün böyük önəm kəsb edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Fransanın bütün regionlarında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə tədbirlərin təşkili xalqlarımızın bir-birini yaxından tanıması üçün olduqca müsbət rol oynayır".

    Fransanın mədəniyyət naziri Flör Peller son dövrlərdə həyata keçirilən çoxsaylı layihələr və tədbirlərin onda Azərbaycana xüsusi maraq oyatdığını, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı proqramların irəli sürülə bilinəcəyini bildirib.

    Nazirlər iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində beşillik fəaliyyət proqramının qısa zamanda hazırlanması barədə razılığa gəliblər. 

    Ə.Qarayev may ayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ölkəmizin bu mövzuda layihələri barədə məlumat verib və həmkarını tədbirə dəvət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi