​Azərbaycanın xalq artistləri Prezident İlham Əliyevə məktub ünvanlayıb

​Azərbaycanın xalq artistləri Prezident İlham Əliyevə məktub ünvanlayıb "Sərəncamınız ilə əlaqədar sevincimi Sizinlə bölüşür və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm"
Mədəniyyət siyasəti
22 Dekabr , 2014 12:56
​Azərbaycanın xalq artistləri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın Xalq artistləri - Gülyaz və Gülyanaq Məmmədovalar dövlət başçısı İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, onlar məktubda respublikanın “Xalq artisti” fəxri adına layiq görülmələri ilə əlaqədar Prezidentə təşəkkür ediblər. “Sizə minnətdarlıq edir, Azərbaycan incəsənətindəki fəaliyyətimizi yüksək qiymətləndirdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə apardığınız böyük işdə tükənməz qüvvət arzulayırıq”, - məktubda bildirilib.

Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə Prezidentə məktub ünvanlayıb.

“Böyük ailəmin sevincinə səbəb olan Sərəncamınız ilə əlaqədar sevincimi Sizinlə bölüşür və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm”, - R.Əzizbəyli məktubunda bildirib.

Son xəbərlər

Orphus sistemi