Yuxarı

Azərbaycanın tanınmış memarı vəfat edib

Fazil Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan Memarlar İttifaqının üzvü, memar Fazil Məmmədov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Report”un xəbərinə görə, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Xatırladaq ki, Məmmədov Fazil Qulam oğlu 6 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb. F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində işləyib. O, Azərbaycan Memarlar İttifaqının üzvü olub.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin sabiq əməkdaşı Məmmədov Fazil Qulam oğlunun vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi