Azərbaycanın milli musiqi alətləri Cənubi Koreya muzeyinə hədiyyə olunub

Azərbaycanın milli musiqi alətləri Cənubi Koreya muzeyinə hədiyyə olunub Muzeyə tar, kamança, qaval, nağara, saz və balaban ianə edilib
Mədəniyyət siyasəti
17 Oktyabr , 2015 09:31
Azərbaycanın milli musiqi alətləri Cənubi Koreya muzeyinə hədiyyə olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın milli musiqi alətləri Koreya Respublikasının Seonqnam şəhərində yerləşən Dünya Musiqi Alətləri Muzeyinə ianə edilib.

Bu barədə "Report"a Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən məlumat verilib. 

Səfirlik muzeyə tar, kamança, qaval, nağara, saz və balaban hədiyyə edib.

Qeyd edək ki, 2013-cü ildə təsis edilən və ildə on min nəfərə yaxın ziyarətçisi olan Dünya Musiqi Alətləri Muzeyində dünyanın 46 ölkəsindən 150-dən artıq musiqi aləti nümayiş etdirilir.

Son xəbərlər

Orphus sistemi