Azərbaycan Fransanın paytaxtı Paris şəhərində yerləşən Luvr muzeyində keçirilən İncəsənət sərgisində təmsil olunur.
“Report”un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycanı bu mötəbər tədbirdə heykəltəraş Elvin Nəbizadə və rəssam Anar Hüseynzadə təmsil edirlər.
Sərgidə Elvin Nəbizadənin “Günəşin altında birləşənlər” əsəri, Anar Hüseynzadənin Azərbaycana həsr olunmuş çoxlu sayda rəsm əsəri nümayiş olunur. Əsərlərdə Azərbaycanın milli, maddi, təbii sərvətləri, tarixi və mədəniyyəti öz əksini tapıb.
“Günəşin altında birləşənlər” əsəri 44 sazın köməyi ilə ərsəyə gəlib ki, bu da günəşin qütbdən qaranlığa olan yolunu özündə ehtiva edir. Əl işləri qonaqların böyük marağına səbəb olub.
Xatırladaq ki, Elvin ölkəmizi İtaliyanın Venesiya şəhərində keçirilən 57-ci Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində təmsil edib.