Azərbaycan "JATA 2015" Beynəlxalq Turizm Sərgisində təmsil olunacaq

Azərbaycan "JATA 2015" Beynəlxalq Turizm Sərgisində təmsil olunacaq Tokioda ölkəmizin turizm imkanlarını əks etdirən milli stend quraşdırılacaq
Mədəniyyət siyasəti
9 Sentyabr , 2015 20:57
Azərbaycan JATA 2015 Beynəlxalq Turizm Sərgisində təmsil olunacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan sentyabrın 24-dən 27-dək Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2015" Beynəlxalq Turizm Sərgisində təmsil olunacaq. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Sərgiyə 5 yerli turizm şirkəti "Al travel", "Turizm.az", "Spektr travel", "Geo travel" və "SW travel" şirkətləri qatılacaq. Sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 45 kv.m sahədə milli stend quraşdırılaraq, sərgiyə gələn ziyarətçi və iştirakçılar ingilis və yapon dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunacaq.

Qeyd edək ki, 2007-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir "JATA" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

Son xəbərlər

Orphus sistemi