Yuxarı

Azərbaycan Fransada qastronomiya bayramında iştirak edəcək

Tədbir çərçivəsində Azərbaycan kulinariyasının nümunələri təqdim olunacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan sentyabrın 23-25-də Parisdə keçiriləcək qastronomiya bayramında iştirak edəcək.

Bu barədə "Report"a "Fransada Azərbaycan Evi" diaspor təşkilatından bildiriblər. 

Tədbir çərçivəsində Azərbaycan kulinariyasının nümunələri təqdim olunacaq, onların hazırlanması haqqında məlumat veriləcək. 

Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri iştirak edəcək. 

Tədbirdə cəmi 45 ölkənin nümayəndələri iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi