Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan "Report"a bildiriblər ki, Forumun işində nazir Əbülfəs Qarayevin başçılıq etdiyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.
Forum Rusiya hökumətinin sərəncamı ilə müvafiq Sankt-Peterburq Administrasiyası, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Bu il Forum Ermitajın 250 illiyinə həsr olunub və Rusiyada Mədəniyyət İlini başa vurur. Forumun işində dünyanın 40 ölkəsindən nümayəndələr iştirak edir.
Məlumata əsasən, Azərbaycan Ermitaja yubiley tarixinin təsvir olunduğu əl işi olan milli xalça və Azərbaycan haqqında kitab hədiyyə edib.
Forum dekabrın 9-da başa çatacaq.