Yuxarı
    Bağlamaq

    Azərbaycan Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının iclasında iştirak edəcək

    Sessiya sentyabrın 12-dən 17-dək Kolumbiyanın Medellin şəhərində keçiriləcək

    Bakı. 8 sentyabr. REPORT.AZ/ Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası keçiriləcək.

    "Report" xəbər verir ki, sessiya sentyabrın 12-dən 17-dək olacaq.

    Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Tədbirdə, həmçinin Azərbaycanın Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov və Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin rəhbəri Nahid Bağırov da qatılacaq.
    Qeyd edək ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub. Bunun nəticəsi olaraq, Şuranın iclaslarında və məsələlərin müzakirəsində ölkəmiz səsvermə hüququ ilə iştirak etməyə başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi