Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək

Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək.
Mədəniyyət siyasəti
13 May , 2024 11:37
Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək

Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyasının sədri Fərhad Aşurbəyli bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı kulinariyanın peşəkar məkanına çevirməkdir:

"Qitə çempionatı "İnterFood Azerbaijan 2024" sərgisi çərçivəsində təşkil olunacaq. Çempionatda Qırğızıstan, Şimali Kipr, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Türkiyə aşpazları yarışacaqlar. Bununla bərabər, sərgidə yerli aşpazlardan ibarət komandalar da yarışacaqlar. Azərbaycanlı gənc aşpazlardan ibarət komandalardan uğur qazanan beynəlxalq yarışa göndəriləcək".

Qeyd edək ki, qida və kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi "İnterFood Azerbaijan 2024" sərgisi mayın 15-16-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi