Avropanın kino maliyyə fondlarının illik görüşündə Azərbaycan da iştirak edəcək

Avropanın kino maliyyə fondlarının illik görüşündə Azərbaycan da iştirak edəcək Oktyabrın 6-8-itarixlərində Yunanıstanın Afina şəhərində “10-cu MEDICI – Film Fondları səyahəti” adlı tədbir keçiriləcək. Hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edəcə
Mədəniyyət siyasəti
6 Oktyabr , 2021 17:06
Avropanın kino maliyyə fondlarının illik görüşündə Azərbaycan da iştirak edəcək

Oktyabrın 6-8-i tarixlərində Yunanıstanın Afina şəhərində “10-cu MEDICI – Film Fondları səyahəti” adlı tədbir keçiriləcək. Hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edəcək.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi təmsil edəcək.

MEDICI platforması “Eurimages” da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir, media siyasəti formalaşdırılır. MEDICI platforması çərçivəsində seminarlar, panellər, konfranslar keçirilir, audiovizual məzmunun inkişafına, istehsalına və dövriyyəsinə dəstək verən bütün ictimai maliyyəçilər üçün açıq peşə təhsili tətbiq edilir.

2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin əsas istiqamətləri üzrə post-pandemiya dövründə ortaya çıxan yeni yanaşmalar və yaranmış problemlər müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi