Avropa Günü ilə əlaqədar Azərbaycanda bir sıra tədbirlər keçiriləcək

Avropa Günü ilə əlaqədar Azərbaycanda bir sıra tədbirlər keçiriləcək Aİ nümayəndəliyi Lənkəranda Avropa filmlərinin nümayişini, sərgilər, konsert proqramı təşkil etməyi planlaşdırır
Mədəniyyət siyasəti
12 Aprel , 2017 17:20
Avropa Günü ilə əlaqədar Azərbaycanda bir sıra tədbirlər keçiriləcək
Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda mayın 6-7-də Avropa Günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək.

"Report" xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ənənəvi olaraq bu günü qeyd edəcək, lakin tədbirlər Bakıda yox, Lənkəranda baş tutacaq.

Aİ nümayəndəliyi Avropa İttifaqı ölkələrinin səfirlikləri ilə birgə Lənkəranda Avropa filmlərinin nümayişini, sərgilər, konsert proqramı, tələbələrlə debatlar, müsabiqələr və başqa tədbirlər təşkil etməyi planlaşdırır.

Həmçinin mayın 11-də Masazırda Avropa Günü münasibəti ilə qaçqın və məcburi köçkünlər üçün konsert təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi