Anar Kərimov: “Azərbaycan-Gürcüstan mədəni əməkdaşlığında yeni səhifə açılacaq”

Anar Kərimov: “Azərbaycan-Gürcüstan mədəni əməkdaşlığında yeni səhifə açılacaq” “Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir”.
Mədəniyyət siyasəti
6 İyul , 2021 12:37
Anar Kərimov: “Azərbaycan-Gürcüstan mədəni əməkdaşlığında yeni səhifə açılacaq”

“Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlıq sahəsində yeni səhifə açılacaq.

A.Kərimov gürcüstanlı həmkarı ilə faydalı görüş keçirdiyini bildirib: “Görüşdə hər iki ölkənin mədəni irsinin qorunması, muzey, kino, yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələri ətrafında fikir mübadiləsi aparılıb”.

Nazir Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi