Bakı. 14 yanvar. REPORT.AZ/ Dünya şöhrətli Azərbaycan xanəndəsi Alim Qasımov öz ansamblı ilə birgə Caypurda keçiriləcək Ədəbiyyat Festivalında çıxış edəcək.
"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, festival yanvarın 21-25-də baş tutacaq.
Festival çərçivəsində, həmçinin konsertlərin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə Racastan və Hindistanın digər ştatlarından məşhur müğənni və rəqqaslar, eləcə də digər ölkələrdən musiqiçilər çıxış edəcəklər. Konsert çərçivəsində Alim Qasımov yanvarın 21-də çıxış edəcək.