Aİ ölkələrinin diplomatik nümayəndəlikləri Azərbaycanda mədəni əməkdaşlıq klasteri yaradıb

Aİ ölkələrinin diplomatik nümayəndəlikləri Azərbaycanda mədəni əməkdaşlıq klasteri yaradıb Bakıda akkreditə olunmuş Çexiya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Rumıniya səfirlikləri “British Council” ilə birlikdə Azərbaycanda EUNIC (Avropa İttifaqı Milli Mədəniyyət İnstitutları) klasterini təsis ediblər.
Mədəniyyət siyasəti
3 Fevral , 2020 16:15
Aİ ölkələrinin diplomatik nümayəndəlikləri Azərbaycanda mədəni əməkdaşlıq klasteri yaradıb

Bakıda akkreditə olunmuş Çexiya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Rumıniya səfirlikləri “British Council” ilə birlikdə Azərbaycanda EUNIC (Avropa İttifaqı Milli Mədəniyyət İnstitutları) klasterini təsis ediblər.

“Report” Latviyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq sənəd bu gün Bakıda imzalanıb.

Klasterin əsas məqsədi Azərbaycanda EUNIC üzvlərinin mədəni fəaliyyətlərini daha yaxşı əlaqələndirməkdir.

Sənəd davamlı sosial-iqtisadi inkişafa dəstək vermək, mədəniyyət mübadiləsini gücləndirmək, mədəniyyətlərarası dialoqun təşviqi və Avropanın mədəni müxtəlifliyini daha yaxşı başa düşməyə istiqamətlənib.

EUNIC klasteri müxtəlif adət-ənənələri və müasir tendensiyaları birləşdirən körpülər yaratmaqla Azərbaycandan və Aİ-yə üzv olan müxtəlif ölkələrdən olan insanlar üçün forumların təşkilinə kömək edə bilər.

2020-ci ildə klasterə sədrliyi Macarıstan səfirliyi edəcək.

Son xəbərlər

Orphus sistemi